AZ | EN | RU

Google Adsense ilə elektron qazanc yolu

onlineincome2

Google Adsense reklam agentliyi çox gözəl bir sistem quraşdırmışdır ki, buda reklamın dünyada daha tez yayılması və yayan insanların rahat şəkildə pul qazanmasını təmin edir.

Bu sistemin işləmə prinsipi ondan ibarətdir ki, reklam verən oz reklamını Google saytında yerləşdirir. Google isə reklamı öz səhifəsində yox, daha asand bir yolla digər saytlarda xüsusi skript şəklində yerləşdirir. Yəni bu reklam Google ilə müqavilə bağlamış bütün saytlarda göstərilir. Bu isə sizin reklamınızın dahada geniş miqyasada yayılmasına zəmin yaradır.

Google reklamları istifadəçilər tərəfindən klik edildikcə balansınıza pullar oturmağa başlayacaq. Hər klikin qiyməti reklam verənin qoyduğu qiymətdən asılı olaraq dəyişir (bu əsasən 0,5-2$ arası olur). Bu hesab əsasən sizinlə google arasında 50/50 -yə bölünür (əgər sizin saytınız keyfiyyətcə və reytingcə üstünlük təşkil edirsə). Ən pis halda isə 10/90 şəklində bölünür (əgər sizin sayt keyfiyyətcə və reytingcə üstünlük təşkil etmirsə).

Google Adsense-ni aldatmaq mümkün deyil! Çünki bu sistem həmin saytlarda kliklənmə sayısını, baxılma vaxtını və kompyuterin ip nomrəsini qeydiyyata alır. Bununlada aldadılma hallarının aradan qaldırılmasını dahada rahatlaşdırır. İnsan bir anda fikirləşə bilər ki, klikləyim pul qazanım. Amma bu belə deyil. Çünki öz başımada bu əhvalat gəlib. Xəbərim olmadan gündə bir neçə dəfə kliklədim və sonunda mənim elektron poçtuma müqavilənin kəsildiyi haqqında mesaj gəldi və yalnız məhkəmədə sübut əsası tapdıqdan sonra müqavilənin davam edəcəyini qeyd etdilər. Odur ki, aldatmayın.
Reklamınızı saytınızda yerləşdirin və zamanla kliklərin olduğunu görəcəksiniz. Reklamlar standartlara uyğun müxtəlif ölçülərdə olur. Saytınıza ağırlıq vermədən rahat şəkildə oturur. Şəkil və yazı tipli olur.

Qeydiyyatdan keçə bilmək üçün https://adsense.google.com/ saytına daxil olun.
Diqqət! Burada qeydiyyatdan keçə bilmək üçün ilk əvvəl GMail sistemində qeydiyyatda olmalısınız.
Sonradan isə anketi dolduraraq təsdiqləyin.
Təqsdiqlədikdən sonra sizə 1 gün ərzində cavab veriləcək.
Əgər sizin sayta girən yoxdursa və ya reytinqi azdırsa müqaviləyə baxılmayacaq.
Əks təqdirdə müqavilə bağlanacaq və sizə uğurlar!

 

Müəllif : Aydın Cavadlı

PaylaşShare on Facebook0Tweet about this on TwitterShare on Google+0Pin on Pinterest0

4 thoughts on “Google Adsense ilə elektron qazanc yolu”

  1. Gurban
     ·  Cavabla

    cox hormetli Jafar Najafov bilmek isterdimki adsense cekini Bakida nece nagdlasdirirlar? bu mumkundur?

  2. jndesign
     ·  Cavabla

    Bəli nağdlaşdırmaq mümkündür. Beynəlxalq banka gedib çeki təqdim edib pulu ala bilərsiniz.

  3. Salman
     ·  Cavabla

    bir dəfə qeydiyyatdan keçmək istədim saytım azəri dilli olduğu üçün qəbul etmədi və orda qəbul olunan dillər arasında azəri dilini tapa bilmədim. Amma sonradan çoxlu azəri dilli xəbər və digər portallarda google reklamlarını gördüm. yenə cəhd etdim alındıra bilmədim.
    bu barədə təcrübəniz varsa zəhmət olmasa bölüşün.

  4. Farid Sahmuradov
     ·  Cavabla

    blogger saytında açdığım blogu necə google adsense ilə baglamaq olar? Bilən varsa kömək etsin zəhmət olmasa.

Bir cavab yazın

Email adresiniz göstərilməyəcək

*