Loqo dizaynı dərsliyi ( Şəkillərlə )

Giriş
Brendinq prosesinin ən önəmli hissəsi loqo hazırlanmasıdır. Sizin loqonuz sizin brendinizi təmsil edir deyə loqo hazırlanması brendinqdə ən asas rolu oynayır. Bu dərsliyi hazırlamamızda məqsəd sizlərə loqo hazırlanmasını qısa və asan yolla (şəkillərlə) öyrətmək və potensiyal müştərilərimizə loqonun hazırlanması mərhələsi ilə tanış etməkdir.
Sizin qazancınız : Loqo hazırlamağı öyrənməklə sizdə müştərilərdən sifariş götürüb loqo hazırlaya biləcəksiniz və yaxud bizim şirkətə əl işlərinizi göndərib işə qəbul mərhələsindən keçdikdən sonra bizim şirkətdə işləyə bilərsiniz.
Layihənin ilkin mərhələsi
Müştəridən sifariş qəbul olunan kimi layihəyə start verilmiş olur. İlk olaraq müştəridən şirkətinin gördüyü iş haqqında ətraflı məlumat öyrənilir ki, loqonu tam müştərinin gördüyü işə uyğun hazırlaya bilək.
Tədqiqat mərhəsi
Tədqiqat mərhəsi dizayn hazırlanmasının 2-ci mərhələsidir. Bu mərhələdə internətdə axtarış etmək üçün xeyli vaxt sərf olunur ki, sifarişçinin şirkətinin sahəsi və rəqibləri haqqında ətraflı məlumat (rəqiblərin loqoları və s.) toplayaq.
Vizual mərhələ
Ən maraqlı və əyləncəli mərhələ. Lazımı məlumatları topladıqdan sonra ideyalarımızı və hazırlayacağımız loqonu ilk öncə qələmlə çəkirik.
Bu dərslikdə hazırlayacağımız loqomuzda yumruq şəklindən istifadə edəcəyik. Yaxşı olar ki, qələmlə şəkil çəkməyi asanlaşdırmaq üçün ilk öncə fotoaparat ilə yumruq şəklini çəkək.
Rəsmxət
Artıq kamera ilə çəkdiyimiz şəkli vərəqə qələmlə çəkməyin vaxtıdır.
İndi isə yumruğdan muasir, kreativ bir simvol hazırlamaq üçün bəzi dəyişiklikləri edirik.
2-ci dəyişiklikdən sonra kreativ ideya yaranır və yeni bir şəkil çəkirik.
Artıq kompyuterə keçməyin vaxtıdır.
Kompyuterdə Adobe İllustrator proqramı ilə Loqonun hazırlanması
Bu loqonun hazırlanmasında biz Adobe İllustrator CS3 proqramının İngilis dilində olan versiyasından istifadə etmişik.
Alətlər panelindən Rectangle Tool ( klaviaturada M basaraq da seçə bilərsiniz ) seçirsiniz və şəkildə görsənən formada bir dördbucaq çəkirsiniz. Rectangle Tool seçili ola ola Effect > Stylize > Round Corners -ə girib küncləri yumru edirsiniz.
İndi isə hazırladığımızı seçib COPY – PASTE ( CTRL +C , CTRL +V ) əməliyyatını yerinə yetiririk. 2-cinin hündürlüyünü 1-ciyə nisbətən bir az böyük edirik.
Eyni əməliyyatları 4 barmaq fiquru yaradana kimi davam edin və hər birinin hündürlüyünü şəkildəki kimi ölçüdə edin.
İndi isə ilk yaratdığımız ən balaca barmaq fiqurunu seçib COPY – PASTE edib şəkildə görünən formada baş barmağı kimi yerləşdirin.
İlk hazırladığımız 4 barmaq fiqurunu seçib şəkildə görünən formada əyin.
İndi isə CTRL +A basaraq hamısını seçib Object > Expand Appearance əməliyyatını yerinə yetirin ki, növbəti mərhələdə istifadə edəcəyimiz TRİM TOOL -dan istifadə edə bilək.
Baş barmağın seçilməsi və loqoda qəşəng görsənməsi üçün Object > Path > Offset Path əməliyyatını yerinə yetirin.
Bu əməliyyatdan sonra 2 obyekt qrup halında birləşəcək. Object > Ungroup etməklə ayırmalısınız. Daha sonra kontoru seçib rəngini şəkildə gördüyünüz rəngə bənzər bir rənglə dəyişin.
İndi isə 2 barmaq ilə kontoru seçib TRİM (kəsmək) əməliyyatını yerinə yetirməlisiniz. Kontoru seçib SHİFT düyməsini basılı saxlayaraq son 2 barmağıda seçib Window > Pathfinder pəncərəsini açıb TRİM düyməsinə klik edin.
İndi isə barmaqlar və kontor seçili ikən Object > Ungroup əməliyyatını yerinə yetirin. Daha sonra kontoru seçib silin.Nəticədə aşağıdakı variant alınacaq.
Şirkətin adının əlavə olunması
Loqomuz demək olarki hazırdır. İndi isə loqomuzun altına şirkətimizin adını yazaq. Bunun uçün daha yaxşı olar ki barmaqları yaratdığımız kimi yenədə daha bir dördbucaq yaradıb, künclərini yumru edək və rənginidə şəkildə görsənən qırmızı rəngdə etsək məncə qəşəng görsənər və rəng kombinasıyasıda uyğun gəlmiş olar.
İndi isə yazı yazmaq mərhələsidir. Əslində bu mərhələyə daha çox zaman ayırmalıyıq ki, yazı loqoya uyğun olsun. Bu dərsliyin hazırlanmasında biz Bauhaus STD Demi fontundan istifadə etdik. Bir az qalın etdik ki, barmaqlara uyğun olsun. Əslində CREATE ->OUTLİNES əməliyyatını yazı üzərində yerinə yetirib yazıların künclərinidə yumru etməliydik ki, barmaqlara tam uyğun olsun yazı 🙂 Bu yazıları bura yazarkən yada düşdüki etməmişik.Onuda siz edərsiniz 🙂
Və buda son versiya. Müştərilərinizə Vektor formatında loqonu təqdim etməyiniz məsləhət görülür. Çünki, vektor formatında olanı istənilən ölçüyə salmaq mümkündür. Şəkildə gördüyünüz kimi biz loqonun ağ qara və boz versiyasınıda hazırlamışıq.
Dərsliyi dostlarınızla paylaşın ki, onlar da loqo hazırlanması ilə tanış olub, loqo hazırlanmağı öyrənsinlər. Bizimdə əziyyətimiz hədər getmiş olmasın 🙂
Şirkətiniz üçün professional loqo hazırlamağı JN Design şirkətinə də etibar edə bilərsiniz. Biz sizin üçün tez bir zamanda ən müasir və kreativ loqonu hazırlayarıqki, rəqiblərinizdən bir addım öndə olasınız.
Əlaqə : 050 504 00 64
070 218 91 00
contact@jndesign.az
Bir cavab yazın