Rəqəmləri daxil etmək üçün virtual klaviatura

Bu günkü dərsliyimiz sizlərə HTML forma sahəsində rəqəmləri daxil etməyiniz üçün virtual klaviatura qurmağı öyrədəcək.Bu tipli klaviatura sizə anti-spam və yaxudda sadəcə olaraq sahəni bəzəmək üçün istifadə edilə bilər.
1-ci Addım:
JQuery skriptini yükləyirik və <head></head> teqi arasında aşağıdakı kodu yazırıq:
1 2 3 |
<link href="style.css" rel="stylesheet" type="text/css"> <script type="text/javascript" src="jquery10.js"></script> <script type="text/javascript" src="jqueryke.js"></script> |
2-ci Addım:
Yenə də, <head></head> teqi arasında aşağıdakı kodu yazırıq:
1 2 3 4 5 6 7 8 9 |
<script type="text/javascript"> $(function () { $('#defaultKeypad').keypad(); }); </script> |
3-cü Addım:
Sonra isə klaviaturanı görmək istədiyimiz sahəyə id parametri vasitəsilə bərkidirik:
1 |
<input type="text" id="defaultKeypad"> |
Soruşacaqsınız ki, Nəyə görə məhz id-yə defaultKeypad dizaynını daxil etdik?
Çünki 2-ci addımda fikir versəniz məhz bu skript üçün #defaultKeypad dizaynını seçmişik.
Müəllif : Aydın Cavadlı
Bir cavab yazın