AZ | EN | RU

Sayt üçün scrollbar dizaynı

 

Bu dərsliyimizdə isə yan və alt scrollbarın çox effektiv və sadə şəkildə dizaynı ilə tanış olacaqsınız. Saytınıza uyğun scrollbar üçün rəng çalarları seçməklə saytınızın dizaynını daha gözəl edə bilərsiniz.

Dizaynı necə etməli?
Bunun iki yolu var: :-)
1. Verilmiş kodu saytınızın istənilən səhifəsində yerləşdirərək, hər səhifənizə ayrılıqda dizayn vermək.
2. Verilmiş kodu css faylda yerləşdirərək bütün səhifələrə eyni dizaynı vermək.
İşə başlayaq!
1-ci vəziyyətə baxaq:
<head></head> arasında aşağıdakı kodu yerləşdirin.

<style type="text/css">
body{
        scrollbar-face-color: #FF6600; 		
        scrollbar-shadow-color: #993300;
        scrollbar-highlight-color: #FFBA8D;
        scrollbar-3dlight-color: #FED6BB;
        scrollbar-darkshadow-color: #993300;
        scrollbar-track-color: #FFA971;
        scrollbar-arrow-color: #FFCC99;
      }
</style>

Parametrlərin mənası:
1. scrollbar-arrow-color – oxun rəngi.
2. scrollbar-track-color – fonun rəngi.
3. scrollbar-face-color – çevirici xəttin rəngi.
4. scrollbar-shadow-color: #ffffff; scrollbar-highlight-color: #ffffff; – kölgələndirən xəttin rəngi.
5. scrollbar-3dlight-color: #5997CA; scrollbar-darkshadow-color: #5997CA; – qıraq xəttin rəngi.

Rənglərlə idarə etmək üçün bu saytda seçim edə bilərsiniz: www.colorsontheweb.com

2-ci vəziyyətdə isə yuxarıda verilmiş kodda <style></style> teqlərini silərək scrolling.css faylına köçürün və <head></head> arasında aşağıdakı kodu daxil edin:

<link rel="stylesheet" href="scrolling.css" type="text/css" />

Çox sadə bir dərslikdi və sizə uğurlar arzu edirəm. ;-)

Müəllif : Aydın Cavadlı

PaylaşShare on Facebook1Tweet about this on TwitterShare on Google+0Pin on Pinterest0

Bir cavab yazın

Email adresiniz göstərilməyəcək

*