Hara Gedek Ios App

Hara Gedək?
– Dostlarınızla görüş zamanı cavabını tapmaq üçün vaxtınızı sərf etdiyiniz ən çox verilən sual. Artıq bu sualın çox sadə cavabı var.
Hara gedək proqramı artıq sizin suallarınıza cavab olacaq.
Bu proqram vasitəsi ilə Bakı şəhərində olan əyləncə, iaşə obyektləri, ticarət mərkəzləri, restoran və kafelər barədə məlumat ala, şəkillərini nəzərdən keçirə və əlaqə nömrələrinə bir başa zəng edə bilərsiniz.
Bundan başqa, proqram sizin getməyi arzuladığınız məkanı xəritə vasitəsilə müəyyən edir və sizə rahat gediş yolunu təqdim edir.
Xəritə xüsusiyyəti vasitəsilə siz olduğunuz ərazi ətrafında ən yaxın yerləşən məkanları görə bilərsiniz.
İstifadəçilərin səsvermələri nəticəsində məkanların reytinq vasitəsilə qiymətləndirilməsi sizə qərar verməyinizdə daha da köməkçi olacaq.
Proqram eyni zamanda Facebook və Twitter sosial şəbəkələri ilə inteqrasiya olunmuşdur.
Proqram JN Design şirkəti tərəfindən yaradıldığı üçün proqramla bağlı yenilikləri burada yerləşdirəcəyik.
Proqramda son yeniliklər
- Facebook ilə girişdə problem yaranmışdı, həmin problem artıq aradan qaldırıldı.
- Proqrama yeni məkanlar əlavə olundu və hər gün daha da çox məkanlar əlavə ediləcək.
- Xəritə bölməsindəki ikonlar kateqoriyalara uyğun dəyişdirildi.
- Proqram sürətli işlənməsi üçün şəkillərin optimizasiyası edildi.
blackbery z10 üçün necə yükləmək olar
Bu praqrami hardan goture bileremi
Proqramı App Store və Play Store-dan yükləyə bilərsiniz.